AZ

Vladikavkazda pirotexnika anbarında partlayış

Şimali Osetiya qubernatoru Sergey Menyaylo Vladikavkazda fişəng anbarında baş verən partlayışdan sonra dağıntılar altından ikinci qurbanın cəsədinin çıxarıldığını açıqlayıb.

Herbiand.az xəbər verir ki, qubernator Telegram kanalında yazıb: "Dağıntılar altından ikinci qurbanın cəsədi çıxarılıb".

Daha əvvəl Vladikavkazda anbarın dağıntıları altından bir nəfər ölən şəxsin cəsədi çıxarılıb.

Partlayış 10 apreldə Vladikavkazın Avqustovskix Sobitiy küçəsindəki ikimərtəbəli fişəng anbarında baş verib.

Uçmuş tikili 800 kvadrat metr ərazini əhatə edib. Müstəntiqlər araşdırmaya başlayıblar.

Qəzada iki uşaq da daxil olmaqla on dörd nəfər xəsarət alıb. Dörd nəfərin vəziyyəti kritik hesab olunur.

Seçilən
18
herbiand.az

1Mənbələr