Çin Tayvan məsələsində diqqətçəkən taktiki dəyişiklik edir. Əvvəllər hərbi əməliyyat ehtimalı ilə gündəmə gələn Pekin indi daha çox siyasi dialoqa üstünlük verməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Moskovskiy Komsomoles” nəşri yazır.
Məlumata görə, bu yanaşmanın bariz nümunəsi kimi Pekində və Şanxayda Tayvanın müxalif “Qomildan” partiyasının lideri Çjen Livenin qəbul edilməsi göstərilir. Bu görüşlər “boğaz üzərindən uzanan əl sıxma” kimi qiymətləndirilir və tərəflər arasında dialoq imkanlarının açıq olduğunu nümayiş etdirir.
Tarixən Çin Kommunist Partiyasına qarşı mövqedə olan Qomindan son illərdə mövqeyini yumşaldaraq materik Çinlə tədrici birləşməni dəstəkləməyə başlayıb. Bu, hazırda hakimiyyətdə olan Demokratik Proqressiv Partiyanın xəttindən fərqlənir. Həmin partiya Tayvanın müstəqilliyini və ABŞ-la daha sıx əməkdaşlığı müdafiə edir.