AZ

Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

ain.az bildirir, Azxeber.com portalına istinadən.

"Nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədəuyğun olardı".

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Göydəniz Qəhrəmanov deyib.

"Təəssüf ki, bəzi hallarda şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Bu hallar əvvəlcədən müəyyən edilərsə, boşanmaların sayı azala bilər", - deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
5
azxeber.com

9Mənbələr