AZ

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qusar və Xaçmazda vətəndaşların müraciətlərini dinləyib  

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov aprelin 10-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar və Xaçmaz rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərini nəzərdən keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən dövlət dəstəyi tədbirləri, subsidiya, gübrə ilə təminat, toxumçuluq və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
4
3
azerbaijan-news.az

4Mənbələr