AZ

Kakao, göz və görmək qabiliyyəti...

ain.az, Saglamolun portalına istinadən məlumat yayır.

YENİ ELMİ ARAŞDIRMA

Cənubi Koreyanın Songyunkvan Universitetinin alimləri kakao tozunun görmə qabiliyyətinin zəifləməsini ləngidə biləcəyini müəyyən edib. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub. Araşdırmaya görə, kakao gözlərdə patoloji damar artımını və torlu qişanın zədələnməsi ilə bağlı prosesləri zəiflədir.Alimlər əvvəlcə kakaonun təsirini insanın qan damar hüceyrələri üzərində, daha sonra isə siçanlarda 2 fərqli göz xəstəliyi modeli üzərində sınaqdan keçirib. Nəticələr göstərib ki, kakao oksigen çatışmazlığı zamanı aktivləşən və yeni damarların yaranmasını stimullaşdıran zülalının aktivliyini azaldıb. Eyni zamanda, iltihab və toxuma dəyişiklikləri ilə əlaqəli digər molekulların səviyyəsi də aşağı düşüb.Təcrübələrdə, kakaonun damar patologiyalarının yayılmasını azaltdığı, iltihab və fibroz göstəricilərini zəiflətdiyi müşahidə olunub. Bundan əlavə, torlu qişanın hüceyrə qatının qorunmasına kömək etdiyi qeyd edilib. Lakin tədqiqat hələ heyvanlar üzərində aparıldığından, bu təsirin insanlarda da eyni olub-olmayacağı dəqiq deyil. Alimlər bunun təsdiqi üçün əlavə klinik araşdırmaların vacib olduğunu bildirib.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
saglamolun.az

1Mənbələr