AZ

İddia: Netanyahu Trampı Livanla bağlı qərarını dəyişdirməyə inandırdı

ABŞ prezidenti Donald Trampın əvvəlcə ABŞ və İran arasında müvəqqəti atəşkəsə Livanın da daxil edilməsinə razılıq verdiyi, lakin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra fikrini dəyişdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Amerikanın CBS News kanalına danışan iki adı açıqlanmayan mənbə Trampın Livanla bağlı mövqeyinin necə dəyişdiyini təsvir edib.

Məlumata görə, ABŞ prezidenti Tramp əvvəlcə Livanın müvəqqəti atəşkəs razılaşmasına daxil edilməsini təsdiqləyib.

Danışıqlarda vasitəçilik edənlər də Livanın razılaşmanın bir hissəsi olduğuna inanırdılar və Pakistanın Baş naziri Şahbaz Şərif və İranın xarici işlər naziri Abbas Əraqçi kimi şəxslər bu barədə açıqlamalar verdilər.

Müvəqqəti atəşkəsin elan edildiyi gün Ağ Ev rəsmisi CBS News-a bildirib ki, "İsrail də Pakistanın vasitəçiliyi ilə əldə edilən razılaşmanın şərtlərini qəbul edib".

Lakin Trampla Netanyahu arasında eyni gündə baş tutan telefon danışığından sonra ABŞ prezidentinin Livanla bağlı fikri dəyişdi və son açıqlamalarında "Livan Hizbullaha görə müqaviləyə daxil edilmədi" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr