AZ

“Siçovul ayaqqabıları”: Dizaynerlərdən QEYRİ-ADİ MODEL – FOTOLAR

Rusiyalı dizayner “Siçovul idman ayaqqabısı”  hazırlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyalı dizayner maraqlı və bir o qədər də qeyri-adi ayaqqabı modeli hazırlayıb. “Siçovul ayaqqabıları” adlandırılan bu model özünün orijinal dizaynı ilə diqqət çəkir.

İxtiraçı bildirir ki, bu ayaqqabılar ofisdə su aparatının yanında qeybət etmək və ya sevimli iş yoldaşına hədiyyə etmək üçün ideal seçimdir.

Dizaynı ilə sosial şəbəkələrdə gündəmə düşən bu “kreativ” ayaqqabıların bazarda necə qarşılanacağı isə maraqla gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr