AZ

Bakıda voleybol məşqçiləri üçün “2 ci dərəcə” kursu başa çatdı FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, “2-ci dərəcə” məşqçi kursu 6-10 aprel tarixlərində Bakıda keçirilib. Təlimlər Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən aparılıb. Kursda AVF-nin “1-ci dərəcə” mərhələsini uğurla başa vurmuş 16 nəfər iştirak edib.

Kursun yekununda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlər AVF-nin “2-ci dərəcə” məşqçi sertifikatını alacaqlar.

Qeyd edək ki, “2-ci dərəcə” məşqçi sertifikatı əldə edən məşqçi-müəllimlər yerli çempionatlarda fəaliyyət göstərə biləcək, eyni zamanda AVF-nin “3-cü dərəcə” məşqçi kursunda iştirak hüququ qazanacaqlar. Hər üç dərəcəni tamamlayan mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak edə biləcəklər.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
icma.az

4Mənbələr