Misli premyer-liqası
3-cü dövrə, 27-ci tur
10 aprel
Karvan-Yevlax – Kəpəz
“Karvan-Yevlax”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 1:2.
2025/26 – 1:2.
Cəzalı: Dioqo Verdaska (Kəpəz).
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: NİCAT İSMAYILLI, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR hakimi: Emin Əliyev.
VAR hakiminin köməkçisi: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax, şəhər stadionu. Saat 15.30.
Yəqin ki, “Karvan-Yevlax”ın premyer-liqada son nəfəsini verməkdə olduğunu desək, azarkeşlərin qəzəbinə tuş gəlmərik. Hər halda, reallıq budu. Mövsüm ərzində cəmi bir qələbə qazanan bölgə təmsilçisi “Qarabağ”a 0:7 hesabıyla uduzmaqla durumunu bir qədər də çətinləşdirdi. O başqa məsələ ki, yevlaxlılr “Kəpəz”lə oyuna dönüş nöqtəsi kimi baxır. Bəli, gəncəlilər “Qəbələ”yə məğlub olmaqla vacib xalları əldən verdi. Lakin “sarı-göylər” “futbol ili”ni 11-ci sırada bitirmək, başqa sözlə, 1-ci liqanı ikinci yerdə sona çatdıracaq komandayla pley-off matçı oynamaq istəmir. Bu səbəbdən “Kəpəz”in qalib gəlmək üçün bütün gücünü səfərbər edəcəyinə şübhə yoxdu.
Bu komandalar indiyə qədər iki dəfə qarşılaşıb, 1-də “Karvan-Yevlax”, 1-də “Kəpəz” qələbə qazanıb. Topların nisbətində bərabərlik var – 4:4.
11 aprel
Şamaxı – Qarabağ
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 31:+5=11-15, 18:36.
2009/10 - 2:1, 0:1; 2010/11 - 1:0, 0:2; 2011/12 - 0:0, 1:1; 2012/13 - 1:1, 0:0; 2013/14 - 1:2, 0:3; 2014/15 - 0:0, 2:1; 2015/16 - 0:2, 1:1; 2016/17 - 2:1, 0:3; 2017/18 - 0:2, 3:0; 2018/19 - 1:1, 0:1; 2019/20 - 0:1, 0:2; 2020/21 - 0:0, 1:1; 2021/22 - 1:1, 0:0; 2022/23 - 0:4, 0:1; 2024/25 - 0:1, 0:1; 2025/26 – 1:2.
Cəzalılar: Karim Rossi, Dioqo Balau (hər ikisi “Şamaxı”), Dani Bolt (Qarabağ).
“Futbol+”in proqnozu: 20-30-50.
Şamaxı, şəhər stadionu. Saat 15.30.
Ayxan Abbasovun rəhbərliyi altında qənaətbəxş nəticələr qazanan “Şamaxı”nın mövsümü sonuncu pillədə bitirməyəcəyi dəqiqləşsə də, rəqəmlər pley-offda oynamaq təhlükəsinin olduğunu deyir. Ancaq bu baxımdan narahat olmağa gərək yoxdu. Çünki reallıq fərqlidi. Təbii ki, iddialı rəqiblərə belə başağrısı olan “şirlər” “doğma divarlar” arasında “Qarabağ”ı büdrətməklə sevinməyə çalışacaq. İş ondadı ki, “köhlən atlar”ın xal itirmək lüksü yoxdu. Ağdam təmsilçisi “Sabah”ın bu turda da mümkün qələbəsini nəzərə almalı, liderlə xal fərqinin artmaması üçün dəridən-qabıqdan çıxmalıdı.
Bu komandalar indiyə qədər 80 dəfə üz-üzə gəlib. Bu görüşlərin 13-də “Şamaxı”, 42-də “Qarabağ” qələbə qazanıb, 25-də “sülh” qeydə alınıb. Topların nisbətində “köhlən atlar” öndədi – 117:47.
Sabah – Zirə
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+5=4-5, 18:17.
2018/19 – 2:1, 0:3; 2019/20 - 2:2; 2020/21 – 0:1, 2:1; 2021/22 – 3:3, 3:1; 2022/23 – 1:0, 0:0; 2023/24 – 0:1, 0:1; 2024/25 – 0:2, 1:1; 2025/26 – 3:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Bank Respublika Arena”. Saat 18.00.
Turun mərkəzi matçı budu. Hər iki komandanın hədəfi dəyişməz qalır: “Sabah” çempionluğa bir addım da yaxınlaşmaq, “Zirə” yüksəlişi davam edən “Neftçi”ni yaxın buraxmamaq üçün mübarizə aparacaq. Hədəflərin əhəmiyyəti onu göstərir ki, paytaxt derbisində gərginliyin səviyyəsi qan donduracaq. Əlbəttə, favorit “bayquşlar”dı, ancaq “qartallar”ın da “alçaqdan uçmağı sevmədiyini” xatırlamaqda fayda var.
Komandalar indiyə qədər 29 dəfə qarşılaşıb. Bunların 12-də Masazır, 8-də Zirə təmsilçisi qələbə qazanıb, 9-da qalib müəyyənləşməyib. Topların nisbətində “Sabah” öndədi – 38:30.
Neftçi – Araz-Naxçıvan
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 7:+3=3-1, 16:5.
2000/01 – 6:0; 2001/02 – 3:0; 2023/24 – 1:1, 3:0; 2024/25 – 0:1, 1:1; 2025/26 – 2:2.
Cəzalı: Urfan Abbasov (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Palms Sports Arena”. Saat 20.00.
26-cı turda “Araz-Naxçıvan”ı geridə qoyan “Neftçi” bu matçda da qələbə qazanmaqla üstünlüyünü möhkəmlətrməlidi. “Ağ-qaralar” mümkün qələbə sayəsində həm də avrokuboklara vəsiqə qazanmaq şansını artıracaq. Odu ki, belə fürsəti boşa vermək olmaz. Əlbəttə, komanda ev oyununda həm də azarkeşlərinin dəstəyinə ehtiyac duyur. Bu üzdən, sözügedən matç üçün ən ucuz biletin qiyməti 1 manatdı. “Sabah”a uduzmaqla ilk “dördlük”dən uzaqlaşan “Araz-Naxçıvan” da eyni amal uğrunda döyüşür. “Qırmızı-ağlar” çətin keçəcəyi gözlənilən səfər matçında da xal itirsə, ipin ucunu itirə bilər. Belədə qonaqların nəyin bahasına olur-olsun, qalib gəlmək istəyəcəyini proqnozlaşdırmaq mümkündü.
Bu komandalar indiyə qədər 14 dəfə üz-üzə gəlib. Bu görüşlərin 5-də “Neftçi”, 4-də “Araz-Naxçıvan” qalib olub, 5-də hərəyə bir xal düşüb. Topların nisbətində paytaxt təmsilçisi öndədi – 29:10.
12 aprel
Qəbələ – İmişli
“Qəbələ”nin bu rəqiblə ev oyununun balansı: 1:+1=0-0, 3:2.
2025/26 – 3:2.
Cəzalı: Dioqo Almeyda (İmişli).
“Futbol+”in proqnozu: 40-30-30.
Qəbələ, şəhər stadionu. Saat 15.30.
Autsayderlərin dueli turun ən maraqlı qarşılaşmalarından biri olacaq. Ona görə ki, ardıcıl 7 matçda qələbəyə həsrət qalan “Qəbələ” “Kəpəz”i yenməklə uğursuz seriyadan qurtuldu. İndi “qırmızı-qaraıar”ın düşərgəsində daha yüksək əhval-ruhiyyə var. Həmçinin 10-cu pilləyə yüksəlmək istəyən kollektiv hədəfə çatmaq üçün “İmişli”ni məğlub etməyin vacibliyini dərk edir. Aran təmsilçisinin vəziyyəti isə yaxşı deyil. 14 oyundu- kubok matçlarını da saysaq, 16 - qalib gələ bilməyən “pələnglər” xeyli geriləyib. Ümumiyyətlə, komandanın mövsümü 11-ci yerdə bitirmək ehtimalı var. Kəsəsi, qonaqlar səfərdə qalib gəlməlidi ki, problemlər artmasın.
Bu komandalar indiyə qədər 2 dəfə qarşılaşıb, 1-də “Qəbələ” qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 5:4.
Turan Tovuz – Sumqayıt
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 7:+3=1-3, 10:12.
2022/23 – 1:0, 2:3; 2023/24 – 2:2, 1:4; 2024/25 – 1:0, 1:2: 2025/26 – 2:1.
Cəzalı: Alexandro Serrano (Turan Tovuz).
“Futbol+”in proqnozu: 50-30-20.
Tovuz, şəhər stadionu. Saat 18.00.
Bəli-bəli, nəhayət, “Turan Tovuz” ev oyununu Tovuz şəhər stadionunda keçirəcək. Ot örtüyü də hazırdı, minlərlə azarkeş də. Bəs komanda? “İmişli” ilə matçda xal itirən bozqurd” 3-cü sıradakı yerini təhlükəyə atmamaq üçün “Sumqayıt”a qalib gəlməlidi. Meydan sahibləri mümkün qələbə sayəsində həm qayıdışını taclandıra, həm də avrokubok hədəfinə doğru növbəti inamlı addımı ata bilər. “Sumqayıt”ın isə, necə deyərlər, əli-ayağı işdən soyuyub. “Kimyaçılar” nə baxımlı oyun göstərir, nə də sərfəli nəticələr qazanır. “Gənclik şəhəri”nin təmsilçisi sonuncu dəfə qələbə sevincini 18-ci turda yaşayıb.
Bu komandalar indiyə qədər 14 dəfə üz-üzə gəlib. Bunların 6-da “Turan Tovuz”, 4-də “Sumqayıt” qələbə qazanıb, 4-də “sülh” qeydə alınıb. Topların nisbətində “bozqurd” öndədi – 19:16.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Karvan-Yevlax” – “Kəpəz” cütündə hər iki komanda əvvəlki oyunları qolsuz tərk etməyib. Meydan sahibi olan tərəf xal qazanmayıb.
// “Şamaxı” son 25 görüşdə qələbə qazanmayıb. “Qarabağ” son 5 səfərdə qalib gəlib.
// “Zirə” son 5 matçda qalib gəlməyib. Son 6 qarşılaşmada 2 və ya daha çox qol vurulub.
// Son iki görüşdə 4 qol vurulub. “Neftçi” son 3 ev matçında qalib gəlməyib.
// “Qəbələ” əvvəlki görüşlərdə uduzmayıb. Hər iki komanda bu matçlarda ən azı 2 qol vurub.
// “Turan Tovuz” son 7 qarşılaşmada qol vurub. “Sumqayıt” son 3 görüşdə xal qazanmayıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta