AZ

MEDİA Körfəz ölkələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib (FOTO)

Bakı. Trend:

Son günlər bəzi sosial media platformalarında Azərbaycanərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərinburaxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayanməlumatlar yayılmaqdadır. Regionda mövcud olan gərginlik fonundasosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiqinformasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərinformalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiyaxarakteri daşıyır.

Trend xəbərverir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Agentlik bu kimi cəhdləri qətiyyətlə pislədiyini vurğulayıb:

“Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya datamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasirtexnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrininhansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinəmalikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi vətrayektoriyası aydın şəkildə müəyyən olunur”.

Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq hüququnprinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyinqorunmasına daim sadiqdir.

“Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrəistinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyəçağırırıq.

Media subyektlərini və sosial şəbəkə istifadəçiləriniinformasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayişetdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə,şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yolverməməyə səsləyirik”, - deyə məlumatda qeyd edilib.

MEDİA
Seçilən
32
44
az.trend.az

10Mənbələr