AZ

İran Milli Bankının Bakı filialının mənfəəti 13 % azalıb

İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 1,328 milyon manat mənfəətlə başa vurub.

"Far.Az" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % azdır.

Yanvar-mart aylarında İran bankının gəlirləri 1,314 milyon manat (1 il əvvələ nisbətən 10,7 % çox), xərcləri 561 min manat (16,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 575 min manat (6,9 % çox) təşkil edib. Filial mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə İran bankının aktivləri 121,08 milyon manat olub ki, bu da illik müqayisədə 0,9 % çoxdur. Bunun 2,066 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 71,5 % böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 4,5 % azalaraq 66,399 milyon manat, o cümlədən depozit portfeli 6,1 % artaraq 37,401 milyon manat, balans kapitalı isə 8,3 % artaraq 54,681 milyon manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Seçilən
16
far.az

1Mənbələr