AZ

Tarix Əliyev bu qurumdan şikayətçidir FOTO

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Aparıcı, prodüser Tarix Əliyev Bakı şəhəri 1 saylı Əmlak İdarəsindən şikayətçidir.

AZXEBER.COM xəbər verir ki, o bu haqda sosial media hesabından etdiyi müraciətdə bildirib.

"Bakı şəhəri 1 saylı Əmlak İdarəsinin diqqətinə çatdırmaq istəyirəm ki, günlərdir sizin qaynar xətt nömrənizə zəng edirik, lakin heç bir əməkdaş cavab vermir. Vətəndaşların müraciətlərinə operativ reaksiya verilməsi üçün nəzərdə tutulmuş qaynar xəttin bu şəkildə cavabsız qalması ciddi narahatlıq yaradır. Xahiş edirik, məsələni nəzarətə götürəsiniz və əlaqə saxlamaq üçün işlək nömrə və ya məsul şəxs barədə məlumat verəsiniz" deyə, aparıcı paylaşımında bildirib.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
azxeber.com

3Mənbələr