AZ

Çox gülürsünüzsə bunu bilməlisiniz

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Araşdırmalara görə, gülüş ürək sağlamlığına müsbət təsir göstərir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nəticələri Avropa Kardiologiya Cəmiyyətinin illik toplantısında təqdim edilən bir araşdırma, gülüşün ürək xəstəliyi olan insanlarda simptomları yaxşılaşdırdığını müəyyən edib.

Belə ki, orta yaşı 64 olan koronar arteriya xəstəliyi olan 26 yetkin üzərində aparılan klinik sınaqda iştirakçılar 13 nəfərdən ibarət iki qrupa bölündülər. Üç aylıq tədqiqat zamanı bir qrup hər həftə iki fərqli bir saatlıq komediya proqramına baxdı, digər qrup isə iki saatlıq siyasi proqramlara və ya ciddi sənədli filmlərə baxıb. Tədqiqatın sonunda komediya proqramı qrupundakıların ürəkləri tərəfindən vurulan qanın digər qrupa nisbətən 10% daha çox oksigenə malik olduğu müşahidə edilib. Bundan əlavə, bu şəxslərin daha sağlam damar inkişafına malik olduğu görülüb.

Bu klinik tədqiqat gülüşün ürək-damar sistemi üçün yaxşı bir "dərman" olduğunu təsdiq edib.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
azxeber.com

1Mənbələr