AZ

Çexiyada qəfil qış: güclü qar nəqliyyatı iflic etdi – FOTO/VİDEO

Bu gün səhər saatlarından etibarən Çexiya ərazisində gözlənilməz hava şəraiti hökm sürür. Ölkənin bir sıra bölgələrində intensiv qar yağışı müşahidə olunub.

Musavat.com-un məlumatına görə, xüsusilə Karlovı Varı bölgəsində yağan qar səhər saatlarında vəziyyəti daha da çətinləşdirib.

Qısa müddətdə bir neçə santimetr qalınlığında qar örtüyü yaranıb, nəticədə nəqliyyatın hərəkəti iflic olub. Bəzi ərazilərdə avtomobillərin uzun növbəsi yaranıb, yollar isə bir neçə dəqiqə ərzində tamamilə keçilməz hala düşüb. Eyni vəziyyət Plzen bölgəsində də qeydə alınıb. Yaş və sürüşkən yollar bir neçə yol-nəqliyyat hadisəsinə səbəb olub, sürücülər çətin anlar yaşayıb.

Sinoptiklərin məlumatına görə, ölkə üzrə hava temperaturu əsasən sıfır dərəcə ətrafında dəyişir. Qar və qarla müşayiət olunan yağışın günorta saatlarına doğru tədricən dayanacağı gözlənilir.

Xalidə Gəray
Musavat.com

Seçilən
38
1
musavat.com

10Mənbələr