Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.
Bu barədə “Yeni Sabah”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.
Qeyd edək ki, 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.
Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Telegram kanalımız