“Arsenal baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzatmaq istəyir.
Msport.az xəbər verir ki, tərəflər artıq yeni sözləşmə üçün ilkin danışıqlara start veriblər.
Proses müsbət istiqamətdə davam edir. London təmsilçisinin rəhbərliyi 44 yaşlı mütəxəssisin işindən razıdır.
Qeyd edək ki, Mikel Artetanın hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. 2019-cu ildən “topçular”da işləyən ispaniyalı mütəxəssis debüt mövsümündə İngiltərə Kubokunu qazanıb. O, 2020 və 2023-cü ildə İngiltərə Superkubokuna da sahib çıxıb.