AZ

“Möcüzəyə doğru Analıq Məktəbi” layihəsi Şəkidə Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkənin aparıcı özəl tibb müəssisələrindən olan “Baku Medical Plaza” klinikalar şəbəkəsi tərəfindən təşkil edilən “Möcüzəyə doğru - Analıq Məktəbi” layihəsi regionlarda uğurla davam edir. Bakı şəhəri ilə yanaşı, Şamaxı və Salyanda həyata keçirilən maarifləndirici tədbirin növbəti ünvanı Şəki şəhəri olub. 

Artıq regionlarda da böyük maraqla qarşılanan sosial layihədə yalnız Şəki şəhərinin sakinləri deyil, eyni zamanda Qəbələ, Oğuz və ətraf bölgələrdə yaşayan, ana olmağa hazırlaşan xanımlar da fəal iştirak ediblər.

Layihənin əsas məqsədi ana və körpə sağlamlığının qorunmasına diqqət çəkmək, hamiləlik dövrü və doğuş prosesi barədə ana olmağa hazırlaşanları maarifləndirməkdir. 

Tədbir çərçivəsində “Baku Medical Plaza” klinikalar şəbəkəsinin peşəkar həkim heyəti tərəfindən iştirakçılara hamiləliyin fizioloji gedişatı, yenidoğulmuş körpənin sağlam inkişafı, psixoloji dəstəyin əhəmiyyəti və digər vacib mövzular barədə məlumat verilib. 

Görüş zamanı iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Sonda tədbir iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.

“Baku Medical Plaza” klinikalar şəbəkəsinin “Möcüzəyə doğru - Analıq Məktəbi” layihəsi digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.

“Baku Medical Plaza”  - “Sağlamlığa doğan günəş”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
qafqazinfo.az

1Mənbələr