Yazını böyüt
Yazını kiçilt
Malayziyaya məxsus 6 gəmi Hörmüz boğazından keçib və evə gedir.
Hafta.az xəbər verir ki,bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim xarici mətbuata bildirib.
"New Straits Times" qəzeti baş nazirin sözlərini sitat gətirib:
"Altı gəmi artıq yola düşüb və ümid edirik ki, aprel və may aylarında neft tədarükü nəzarət altında qalacaq".
Baş nazir qeyd edib ki, texniki nasazlıq səbəbindən daha 1 Malayziya gəmisi Yaxın Şərq limanında qalıb.
İlk Malayziya gəmisi 6 apreldə boğazdan keçib.