AZ

Çinin istehsal qiymətləri 41 aylıq enişdən sonra artmağa başlayıb

Pekin, 10 aprel, AZƏRTAC

Çində malların fabrik satış qiymətləri 41 aylıq ardıcıl enişdən sonra martda artmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, Çinin Dövlət Statistika Bürosunun məlumatına görə istehsalçı qiymətləri indeksi (PPI) martda ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artıb.

Bürounun mütəxəssisi Don Licuan bildirib ki, PPI-nin artımı beynəlxalq əmtəə qiymətlərinin sürətlə yaxşılaşma, daxili sektorlarda tələb və təklif şəraitinin yaxşılaşması ilə əlaqələlidir.

İstehsalçı qiymətləri indeksi aylıq əsasda martda bir faiz artaraq ardıcıl 6-cı aylıq artım nümayiş etdirib.

Dövlət Statistika Bürosunun məlumatına görə, inflyasiyanın əsas göstəricisi olan istehlak qiymətləri indeksi (CPI) martda illik müqayisədə bir faiz artıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
10
1
azertag.az

2Mənbələr