AZ

ABŞ ordusu HIMARS tələbatını kəskin artırıb Pentaqon sənədləri

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ ordusunun 2027-ci maliyyə ilində HIMARS raket sistemlərinə olan tələbatı əvvəlki dövrlərlə müqayisədə kəskin artıb.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti Pentaqonun büdcə sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, çoxlüləli reaktiv yaylım atəşi sistemi olan HIMARS üçün 745,7 milyon dollar vəsait tələb olunub. Bu göstərici mövcud maliyyələşmə səviyyəsindən təxminən 12 dəfə çoxdur.

Məlumata görə, 2026-cı maliyyə ilində bu proqram üçün yalnız 6 buraxılış qurğusunun istehsalına 61,5 milyon dollar ayrılıb. Yeni plan isə eyni anda 96 buraxılış qurğusunun alınmasını nəzərdə tutur.

Həmçinin qeyd olunur ki, 2023-cü maliyyə ilində HIMARS proqramına ümumilikdə 672 milyon dollar ayrılmışdı, bunun 516 milyon dolları Ukraynaya verilmiş sistemlərin bərpası üçün nəzərdə tutulmuşdu.

Sənədlərə əsasən, 2023-cü ildən sonra proqramın maliyyələşməsi bir neçə il azaldılsa da, hazırda yenidən artırılma tendensiyası müşahidə olunur.

ABŞ ordusu ümumilikdə HIMARS sistemlərinin sayını 617-yə çatdırmağı planlaşdırır.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
redaktor.az

2Mənbələr