AZ

Vladiqafqazda güclü partlayış

Rusiyanın Vladikavkaz şəhərinin mərkəzində güclü partlayış baş verib. Hadisə yerindən qalxan qalın tüstü sütununun şəhərin müxtəlif hissələrindən göründüyü bildirilir.

VAXT.AZ Rusiya “Telegram” kanallartına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış pilotsuz uçuş aparatlarının hücumu ilə əlaqəli deyil. Yerli mənbələr hadisənin pirotexnika satılan mağazada yaranmış yanğın nəticəsində baş verdiyini ehtimal edir. Alovun mağazanın yaxınlığındakı tikinti materialları saxlanılan anbara keçməsi nəticəsində yanğın daha da güclənib.

Bildirilir ki, partlayış şəhərin Avqust hadisələri küçəsində yerləşən tikililərdən birində qeydə alınıb. Hadisə nəticəsində binanın bir hissəsi dağılıb.

Hadisə yerinin ətrafında onlarla metr məsafəyə beton plitələr və tikinti qalıqları səpələnib. Partlayışın təsiri nəticəsində yaxınlıqda park edilmiş təxminən on avtomobilə ziyan dəydiyi qeyd olunur.

Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir. Xəsarət alanlar barədə hələlik dəqiq məlumat verilməyib.

Seçilən
20
vaxt.az

1Mənbələr