AZ

Sığorta şirkəti seçərkən bunlara diqqət edin: vacib məlumatlar

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Sürücülər sığorta şirkəti seçərkən təkcə qiymətə baxmaq düzgün yanaşma deyil, çünki ucuz sığorta sonradan problem yarada bilər. Əsas məsələ qəza zamanı şirkətin necə davranması və ödənişi nə qədər düzgün və tez etməsidir.

Məsələn, son statistikada Atəşgah Sığorta və Meqa Sığorta üzrə şikayət indeksinin daha yüksək olması göstərir ki, bəzi müştərilər xidmətlə bağlı narazılıq yaşayır. Bu o deməkdir ki, bu şirkətlərin müştəriləri daha çox problem yaşayır, ona gorə də daha çox şikayət edir. Bu baxımdan mütəmadi olaraq belə reytinqlərin açıqlanması xüsusi önəmə malikdir. Ona görə də sığorta seçərkən ilk növbədə şikayət statistikasına baxmaq faydalıdır. Şikayəti çox olan şirkətlərdə gecikmə, ödənişdən imtina və ya çətin prosedur halları daha çox ola bilər. Eyni zamanda şirkətin bazardakı nüfuzu və neçə ildir fəaliyyət göstərməsi də önəmlidir.

Digər vacib məqam ödəniş prosesidir. Bəzi şirkətlər sənədləşməni çox uzadır, bəziləri isə daha operativ işləyir. Tanışların təcrübəsi və real rəylər burada çox kömək edir.

Müqavilənin şərtlərinə də diqqətlə baxmaq lazımdır. Hansı halların sığorta tərəfindən qarşılandığı, hansı halların istisna olduğu açıq yazılmalıdır. Çox vaxt problemlər məhz bu detalları oxumadan müqavilə bağladıqda yaranır.

Nəhayət, xidmət səviyyəsi də önəmlidir. Müştəriyə necə cavab verirlər, zənglərə nə qədər tez reaksiya verirlər – bunlar qəza zamanı ciddi fərq yaradır.

Qısaca desək, ən yaxşı seçim ən ucuz deyil, ən etibarlı və problemsiz işləyən şirkətdir.

Azərbaycanda ümumi mənzərəyə baxanda görünür ki, bəzi şirkətlər həm xidmət səviyyəsinə, həm də etibarlılığa görə daha balanslı sayılır. Məsələn, Qala Sığorta və Azərbaycan Sənaye Sığorta aşağı şikayət indeksi ilə seçilənlər sırasındadır. Bu o deməkdir ki, onlarda müştəri narazılığı nisbətən azdır.

Eyni zamanda Paşa Sığorta bazarda ən böyük və ən çox sığorta haqqı yığan şirkətlərdən biridir. Böyük şirkətlərin üstünlüyü odur ki, maliyyə baxımından daha güclü olur və ödəniş etmək qabiliyyəti yüksək sayılır. Üstəlik, bəzi məlumatlara görə xidmət səviyyəsi də digər şirkətlərlə müqayisədə yüksək qiymətləndirilir.

Digər tərəfdən, Atəşgah Sığorta kimi şirkətlərdə şikayətlərin daha çox olması halları qeydə alınıb. Bu isə seçim zamanı əlavə diqqət tələb edir.

Sadə dildə desək, seçim edərkən belə bir düstur əsas götrülməlidir:

çox ucuz və çox şikayət olunan şirkət riskli seçim,

orta qiymət və az şikayət edilən şirkət isə daha balanslı seçim sayılir,

Ən praktik yanaşma odur ki, 2-3 şirkəti müqayisə edib baxasınız ki, şikayət indeksi, real istifadəçi rəyləri və ödəniş sürəti necədir.

A. NƏSİRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
globalinfo.az

1Mənbələr