ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 9-da saat 19:29 radələrində Hənifə Ələsgərov küçəsində baş verib. Belə ki, 38 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JT-302 dövlət qeydiyyat nişanlı “Yutong” markalı avtobusun sürücüsü hərəkət zamanı sağ zolaqdakı avtomobili sıxışdıraraq onun üçün qəza şəraiti yaradıb.
Ardınca o, işıqforun qırmızı işıq siqnalına məhəl qoymadan yolayrıcına daxil olub və bu zaman digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Qeyd edək ki, avtobus sürücülərinin bu şəkildə davranışı həm sürücülərin, həm də sərnişinlərin həyatını risk altına atır. Bu baxımdan ictimai nəqliyyat vasitələrini idarə edən şəxslər daha məsuliyyətli davranmalı, yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər. Qaydaların pozulması inzibati məsuliyyətlə yanaşı, ağır yol-nəqliyyat hadisələrinə də səbəb ola bilər.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.