AZ

40 müğənni Aygün üçün bir araya gəldi: Röya yoxdur VİDEO

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomu təqdim edilib.

"Cebheinfo.az"  xəbər verir ki, ölkənin əsas ulduzunun Azərbaycanda bir ilk olan albomuna fəxri adlı mədəniyyət nümayəndələri, məşhur estrada sənətçiləri, “Avroviziya” təmsilçilərimiz, eləcə də gənc nəsil ifaçılar cəlb edilərək pop kraliçanın 40 illik yaradıcılıq yolunda səsləndirdiyi hit mahnılara yeni nəfəs veriblər.

Layihənin əsas məqsədi Azərbaycan şou-biznesində birliyi nümayiş etdirmək, musiqiyə hörməti ön plana çıxarmaq və milli estradaya yeni nəfəs gətirməkdir.

“Best of AYGUN 40” albomu Aygün Kazımovanın rəsmi musiqi platformalarında və yutub hesabında dinləyicilərin ixtiyarına verilib.

Bu layihə sadəcə albom deyil – illərin hitlərini yeni nəfəs, yeni səslər və yeni yanaşma ilə bir araya gətirən xüsusi musiqi hadisəsidir.

Qeyd edək ki, albomda Röyanın da yer alacağı gözlənilirdi. Xalq artisti Aygün Kazımova ilə barışandan sonra onun repertuarından mahnı oxuyacağını açıqlamışdı. Maraqlıdır ki, ifaçılar arasında Röyanın adı yoxdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr