Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dünyanın ən pis və qeyri-dəqiq redaksiya heyətlərindən biri olan “Voll Strit Jurnal” qəzeti mənim “İranda vaxtından əvvəl qələbə elan etdiyimi” yazıb.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Əslində, bu, qələbədir və burada vaxtından əvvəl bir şey yoxdur! Mənim sayəmdə İran heç vaxt nüvə silahına sahib olmayacaq və çox tezliklə İranın köməyi ilə və ya onsuz neftin axmağa başladığını görəcəksiniz. Mənim üçün hər iki halda fərq yoxdur.
“Voll Strit Jurnal” həmişəki kimi sözlərini geri götürmək məcburiyyətində qalacaq. Onlar həmişə tənqid etməyə tələsirlər, amma səhv etdiklərini heç vaxt etiraf etmirlər”, - o qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.