AZ

“Netanyahu Obamanın yanına gəlib dedi ki...” “Trampdan başqa heç kim Netanyahunun planını qəbul etməyib”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Trampdan başqa heç bir ABŞ Prezidenti Netanyahunun İrana hücum planını qəbul etməyib.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Con Kerri son müsahibəsində deyib.

"Netanyahu bizim İrana zərbə endirməyimizi istəyirdi. O, Prezident Obamanın yanına gəldi və bu barədə bir plan təqdim etdi. Prezident Obama imtina etdi. Prezident Bayden imtina etdi. Prezident Buş da imtina etdi", - deyə o bildirib.

Kerrinin sözlərinə görə, Donald Tramp İrana hücum planını qəbul edən yeganə ABŞ Prezidentidir.

Siyasi analitiklərin fikrincə, müxtəlif dövrlərdə ABŞ Prezidentləri İranla hərbi münaqişəyə girməyin təhlükələrindən xəbərdar olduqları üçün belə bir riskli qərar verməkdən çəkiniblər. Yalnız Tramp öz qeyri-adekvat, aqressiv və təhlükəli siyasətilə bu cür avantüraya getdi. Bunun acı nəticələri isə göz önündədir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
azpolitika.info

1Mənbələr