AZ

Hər şeyi dəyişdirən telefon danışığı Tramp əvvəlcə qəbul etdi, sonra fikrini dəyişdi

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ mətbuatından ABŞ və İran arasında müvəqqəti atəşkəs prosesi ilə bağlı təəccüblü bir iddia ortaya atılıb.

"CBS News"-a danışan iki adı açıqlanmayan mənbəyə görə, ABŞ prezidenti Donald Tramp əvvəlcə Livanın razılaşmaya daxil edilməsini qəbul edib. Hesabatda bildirilir ki, prosesdə vasitəçilik edən tərəflərd də Livanın atəşkəsə daxil edildiyini düşünüblər və buna uyğun olaraq ictimaiyyətə açıqlamalar veriblər. Pakistanın Baş naziri Şahbaz Şərif və İranın Xarici İşlər Naziri Abbas Əraqçı kimi şəxslərin Livanın razılaşmanın bir hissəsi olduğunu göstərən qiymətləndirmələr etdiyi bildirilirdi.

 Lakin, Donald Tramp və Benyamin Netanyahu arasında eyni gündə baş tutan telefon danışığından sonra prosesin istiqamətini dəyişdiyi iddia edilir.

İddialara görə, Tramp bu söhbətdən sonra Livana yanaşmasını dəyişib və açıqlamalarında ölkənin razılaşmaya daxil edilmədiyini vurğulayıb. Son qiymətləndirməsində Tramp Livanın Hizbullah səbəbindən atəşkəsdən kənarlaşdırıldığını bildirib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
azpolitika.info

1Mənbələr