AZ

Avtomobil istehsalçısı işlənmiş detal satır

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyada təzə və orijinal ehtiyat hissələri baha olduğu üçün bir çox avtomobil sahibi işlənmiş detallara üz tutur. İstehsalçılar da bu amili nəzərə alırlar. 

Avtosfer.az xəbər verir ki, “Stellantis” qrupu işlənmiş detalları onlayn platformalarda satışa çıxarıb. Artıq 20 mindən çox detal müştərilərə təklif edilir. Detallar işlənmiş olsa da, orijinaldır və zəmanət verilir. Bəs bu qədər ehtiyat hissə haradan əldə edilir?

“Stellantis” qrupunun İtaliyada sökmə mərkəzi var. Burada avtomobillər sökülərkən yararlı detallar seçilib ayrılır. Müvafiq yoxlamadan sonra onlar satışa çıxarılır.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr