AZ

Qüdrət Həsənquliyev: Deputat həmkarlarım bunun fərqinə varsınlar

BAKI, 10 aprel. TELEQRAF

“Komitə iclasında da qeyd olundu, burada qeyd olunur-süni intellektdən istifadə etməklə hansısa videomaterial hazırlama. Burda əslində hazırlama cinayətə hazırlıq kimi nəzərdə tutulur. Ona görə hazırlama məsuliyyət yaradır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili əlavə edib: “Komitə iclasında da qeyd olundu, əgər kiminsə onu yaymaq məqsədi yoxdursa, tutaq ki, özü üçün öz kompüterində nəsə bir iş görürsə, bu başqa bir məsələdir. Amma biri də var orada hazırlıq işlərindən söhbət gedir. Bir çox hallarda cinayətə hazırlıq həm də cinayət məsuliyyəti yaradır. Baxmayaraq ki, onun qarşısı alınır, tutaq ki, həmin cinayət baş vermir. Yəni istədim ki, deputat həmkarlarımız da yəni bunun fərqinə varsınlar”.

Seçilən
14
teleqraf.com

1Mənbələr