AZ

AFFA “Səbail”i cərimələdi

Azərbaycan 1-ci Liqasında çıxış edən “Səbail” 2610 manat cərimələnib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna 21-ci turda “Şəfa” ilə oyunda yaşananlar səbəb olub.

“Dənizçilər” dörd futbolçu sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Bundan əlavə, “Səbail”in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə edilib.

“Şahdağ Qusar” isə 150 manat ziyana düşüb. “Difai” ilə görüşün 77-ci dəqiqəsində futbolçu Kvaku Adjey ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, bir oyunluq cəzalanıb.

Seçilən
2
4
idmanxeber.az

7Mənbələr