AZ

“Evlənəndə soyadın dəyişdirilməsi öz kökündən imtina kimi görünür” ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Heç vaxt qəbul etməyəcəyim şeylərdən biri də evlənəndə soyadın dəyişdirilməsidir. İnsanın bir soyadı olur: onunla doğulur, onunla yaşayır, onunla da dünyadan köçür”.

Gununsesi.info bildirir ki, bu fikirləri sosioloq Lalə Mehralı bildirib:

“Ailə qurarkən soyadı dəyişmək mənim baxışımda öz kökündən imtina etməkdir. Doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, attestatda, diplomda daimi olaraq həmin soyad yer alır. Ailə qurarkən niyə onu dəyişmək ehtiyacı yaranır? Ailə qurulan şəxsin kökü sənin kökündən üstün sayılırmı?

Evlənəndə dəyişmək, sabah münasibət alınmasa yenidən dəyişmək, başqa evlilik olsa yenə dəyişmək – bu yanaşma mənə uyğun deyil. Bu fikir feminist baxış deyil, mənim bu ideologiya ilə bağlılığım yoxdur. Bu, özünə dəyər vermək məsələsidir. Ağlım kəsəndən belə düşünürəm və nikah zamanı “soyadınızı dəyişirsiniz?” sualını verən məmura da 20 il əvvəl eyni cavabı vermişdim.

Soyadını dəyişən kişilərə gəldikdə isə, ehtimal olunur ki, bəzi hallarda bunun səbəbi əvvəl yaşadıqları ölkəyə yenidən qayıtmaq imkanı əldə etmək məqsədi ilə bağlıdır. Adətən xarici ölkələrdə işləmək icazəsi ala bilməyib müəyyən müddətə geri göndərilən şəxslər sonradan ölkəyə qayıdaraq yeni sənədlərlə yenidən müraciət edirlər”.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
icma.az

1Mənbələr