"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın qızının sosial mediada yayılan fotosu böyük müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, paylaşılan fotoda Qvardiolanın qızının əlindəki telefonun ekranının çatladığı görünür. Bu detal sosial mediada tez bir zamanda diqqət çəkib.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın həftədə təxminən 400.000 funt sterlinq ( təxminən 912 720 AZN) qazandığı bilinsə də, qızının çatlamış telefondan istifadə etməsi bir çox istifadəçini təəccübləndirib.
Gülayə Mecid