ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba rayonunda həmkəndlilər arasında borc pul üstündə yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 16-da, Quba-Qusar yolunun Quba rayonu, Digah kəndi ərazisindən keçən hissəsində baş verib. 1976-cı il təvəllüdlü Samir yolun kənarında həmkəndlisi Vüsal (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı onu baş nahiyəsindən daşla qəsdən vuraraq ona xəsarətlər yetirib. Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, yanvarın 16-da, saat 13 radələrində Vüsal ilə rastlaşıb:“Bu zaman Vüsal məni təhqir etdiyinə görə aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbləşərək yumruqla onun üz nahiyəsindən vurdum və əlim ilə itələdim. Mübahisə təxminən 2-3 dəqiqə müddətində davam etdi. Həmin vaxt orada kənar şəxslər olmayıb”. Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə edib. O, məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayətinin olmamasını nəzərə alınmasını istəyib. İş üzrə zərərçəkmiş Vüsal ifadəsində göstərib ki, hadisə günü təqsirləndirilən Samir ilə rastlaşıb: “Bu zaman ondan borclu olduğu pulu qaytarmağını istədim. Həmin vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruqla baş və bədən nahiyələrimdən vurdu”.Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.