AZ

84 yaşlı qadının meyiti yarımtikilidə tapıldı

84 yaşlı qadının meyiti yarımtikilidə tapıldı

İsmayıllıda yarımtikilidə qadın meyiti tapılıb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 9-u saat 16 radələrində İsmayıllı şəhərinin ərazisində yerləşən Mənzil Kommunal Təsərrüfatı Birliyinin həyətindəki yarımtikilidə baş verib.

İlkin araşdırmalar zamanı ölən qadının 1942-ci il təvəllüdlü Qalınçaq kənd sakini Vəzifə Namaz qızı Fatullayeva olduğu müəyyənləşib.

Məlumata görə, meyit müayinə olunarkən onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda qadının ölümünün dəqiq səbəblərini müəyyən etmək məqsədilə ekspertizalar təyin olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
21
afn.az

1Mənbələr