AZ

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar QƏBUL EDİLDİ



Milli Məclisdə Cinayət Məcəlləsinə və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər ilk oxunuşda qəbul edilib.

aia.az xəbər verir ki, dəyişikliklərə əsasən, yeni 214-4-cü maddə əlavə olunur. Bu maddə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya fəaliyyətində iştirak etməyə görə məsuliyyət müəyyən edir. Cəzalar belədir: təşkilat yaratma və rəhbərlik — 10 ildən 14 ilədək, üzvlük və iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə.

Eyni zamanda, müəyyən hallarda hüquq-mühafizə orqanlarına vaxtında məlumat verən və ya istintaqa yardım edən şəxslər cinayət məsuliyyətindən azad edilə biləcək.

Layihə həmçinin terrorçuluğun maliyyələşdirilməsi və açıq çağırışlarla bağlı maddələrdə texniki dəyişikliklər, eləcə də Cinayət Məcəlləsinin 282-ci maddəsinin yeni redaksiyası ilə “təxribat” anlayışının genişləndirilməsini nəzərdə tutur. Buraya kritik infrastruktur, enerji, nəqliyyat və rabitə sistemlərinə zərər vurma, həmçinin süni intellekt və xüsusi proqram təminatından istifadə halları da daxil edilir.

Müzakirələrdən sonra layihə birinci oxunuşda qəbul olunub.

aia.az



Seçilən
22
1
aia.az

2Mənbələr