AZ

"Səbail" liqada məğlub edə bilmədiyimiz yeganə komanda idi" - "Şəfa"nın baş məşqçisi qələbəni dəyərləndirdi

1-ci Liqanın 21-ci turu çərçivəsində dünən çempionluq uğrunda mübarizə aparan "Səbail"i qəbul edən lider "Şəfa" 2:1 hesablı qələbə qazandı. "Dənizçilər"i cari mövsüm ilk dəfə üstələyən "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb çempionluq yolunda atdıqları inamlı addımı dəyərləndirməsini istədik.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Çox vacib qələbə qazandıq. Ötən tur Mingəçevirdə aldığımız məğlubiyyətdən (2:5) sonra az da olsa, narahatlıq var idi. Lakin komanda olaraq bunun ohdəsindən gəlməyi bacardıq. Maraqlı və gərgin oyun oldu. Rəqib intizamlı, əzmkar və keyfiyyətli komandadır. "Səbail" liqada məğlub edə bilmədiyimiz yeganə komanda idi. Onlarla hər üç oyun derbi ab-havasında keçib. Futbolçularımıza "əhsən" düşür. Çox istəkli və inamli oynadılar. Düsünürəm ki, layiqli qələbə qazandıq".

"Şəfa" 48 xalla turnir cədvəlinin zirvəsində mövqe tutubsa, ikinci sıradakı "Baku Sportinq"in 40 xalı var. "Səbail" isə (37 xal) dördüncüdür.

Toğrul

Seçilən
3
1
fanat.az

2Mənbələr