AZ

ABŞ-İran danışıqlarının keçiriləcəyi məkan müəyyən olundu - VİDEO

Pakistanda baş tutacaq ABŞ-İran danışıqlarının "Serena" hotelində keçirilməsi gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, paytaxt İslamabadda 2 günlük tətil elan edilib.

300 otaqlı "Serena" hoteli artıq boşaldılıb. ABŞ və İran nümayəndə heyətlərinin orada qalması gözlənildiyi üçün bütün ərazi ciddi təhlükəsizlik tədbirləri altındadır. Obyektin ətrafına konteynerlər yerləşdirilib. Yaxınlıqda ağır təhlükəsizlik texnikası dayanıb.

Nümayəndə heyətləri üçün ehtiyata variant olaraq hərbi ərazi də müəyyən edilib.

 


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr