ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kürdəmir rayonu ərazisində, Ağsu-Bəhrəmtəpə magistral yolunun 30-cu kilometrliyində diametri 500 mm olan Külüllü-Kürdəmir içməli su xəttində qəza baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Regional Su Meliorasiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, qəzanın aradan qaldırılması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq rayon üzrə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra gün ərzində içməli suyun verilməsi bərpa ediləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.