AZ

Azərbaycanda informasiya terroruna rast gəlirik



"Təəssüflər olsun ki, Azərbaycan təkcə silahlı terror deyil, informasiya məkanında da terrorla üzləşir. Azərbaycana qarşı müxtəlif sosial şəbəkələrdə, mətbuatda informasiya terroruna rast gəlirik".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Hikmət Məmmədov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib. Millət vəkili deyib ki, informasiya terroru milli-mənəvi dəyərlər, dövlətçiliyimizə qarşı yönəlir:

"Bu terror sanki bir mərkəzdən idarə olunur və məqsəd Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərə informasiya terroru yolu ilə zərbə vurmaqdır".

Süleyman
Seçilən
37
1
newscenter.az

2Mənbələr