AZ

Azərbaycanda işə qəbul qaydası dəyişir

Bakı. Trend:

Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsitərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməliolacaqlar.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığınamənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əməkşəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsiməqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və buqəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkənişçilər sağlamlığı haqqında tibbi arayış təqdimetməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilənnarkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuşpeşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlətnarkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbiyoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçininmüvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağanediləcək.

Həmçinin, tərəflərin iradəsindən və ya istəyindən asılıolmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitamveriləcək:

  • tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkolojixəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyətinəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsiilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və yabelə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründətibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olmasımüəyyən edildikdə;
  • işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillərolan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habeləəhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi,ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər işyerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əməkmüqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərinəməyindən istifadə olunmasına yol verilməyən hallarda.

Bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyətinəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsiilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkintibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habeləəmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insanpsixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslışübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbimüayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürəninhesabına təmin edilməlidir.

Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkolojixidmət və nəzarət haqqında” Qanuna uyğun olaraqkeçəcəklər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Seçilən
28
23
az.trend.az

10Mənbələr