AZ

Sülh Körpüsü təşəbbüsünün Ermənistan nümayəndə heyəti quru sərhədi vasitəsilə AzərbaycanaGƏLDİ

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Şurasının Analitik Mərkəzi məlumat yayıb.

Bildirilib ki, görüş 10–12 aprel tarixlərində Azərbaycanda baş tutacaq və təşəbbüs çərçivəsində dialoq və birbaşa qarşılıqlı əlaqənin gücləndirilməsinə xidmət edəcək.

Məlumata görə, Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş ərazilərdən keçərək bütün sərhəd və pasport nəzarəti prosedurlarını yerinə yetirib.

Qeyd edilib ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli zirvə görüşündə razılaşdırılmış sülh gündəliyi çərçivəsində həyata keçirilir.

Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” təşəbbüsünün iştirakçılarının ölkələrində fəaliyyəti, əldə olunan nəticələr və regiondakı ümumi vəziyyət daxildir.

Sessiyalarda həmçinin ictimai səviyyədə sülhün təşviqi və qarşılıqlı etimadın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, eyni təşəbbüs çərçivəsində 13 fevralda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də Ermənistana səfər etmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
5
redaktor.az

1Mənbələr