AZ

Slovakiya Ombudsmanı Bakıda miqrantların və istintaq altında olanların saxlanma şəraiti ilə tanış olub - YENİLƏNİB

Slovakiya Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti üçün Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub.

Bu barədə "Far.Az"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan qonaqlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılmış şəraitlə tanış olub.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Bakı İstintaq Təcridxanasında qonaqlara müəssisə barədə ətraflı məlumat verilib, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, kitabxanasına və digər yerlərə baxış keçirilib.

Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində də müəssisənin korpuslarına, tibb məntəqəsinə, yeməkxanasına və digər obyektlərinə baxış keçirilib.

Yekunda iki ölkənin qanunvericiliyinin və beynəlxalq aktların müddəalarının müqayisəsinə əsaslanan müzakirələr aparılıb.

Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində olub.

Bu barədə "Far.Az"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, səfər zamanı qonaqları Azərbaycanın Oombudsman Aparatının əməkdaşları müşayiət ediblər.

DMX-nin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev qonaqlara müvəqqəti yerləşdirmə mərkəzlərinin müasir standartlara uyğun qurulmuş fəaliyyəti, mərkəzlərdə yerləşdirilən şəxslərin hüquq və vəzifələri, onların yerləşdirilməsi və saxlanılması qaydaları, müvafiq prosedurlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində qonaqlar miqrantların mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, saxlanma şəraiti, yaşayış binaları və tibb otaqları, görüş və istirahət sahələri, həmçinin yeməkxana ilə tanış olublar. Səfər zamanı nümayəndə heyəti mərkəzdə yerləşdirilən şəxslərlə də görüşüb.

Seçilən
15
3
far.az

4Mənbələr