"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə imzalanması ilə bağlı ilkin danışıqlar aparıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Arteta 2019-cu ildən komandaya rəhbərlik edir və baş məşqçi kimi yeganə böyük kubokunu debüt mövsümündə qazanıb. Həmin vaxt “topçular” İngiltərə Kubokunun sahibi olmuşdu.
Hazırda 44 yaşlı mütəxəssisin müqaviləsinin bitməsinə bir il qalıb. Lakin o, fəaliyyəti ilə klub rəhbərliyini razı salaraq düzgün seçim olduğunu sübut edib.
BBC-nin məlumatına görə, tərəflər bir müddət əvvəl yeni müqavilə ilə bağlı müzakirələrə başlayıb və proses müsbət istiqamətdə irəliləyib. Mövsümün sonuna yaxın isə danışıqları müvəqqəti dayandıraraq diqqəti cari mövsümün uğurla başa vurulmasına yönəltmək qərarına gəlinib.