AZ

Moskva metrosunda vaqonlara atəş açan məktəbli SAXLANILDI

Moskvada 7-ci sinif şagirdi metronun vaqonlarına pnevmatik tapançadan atəş açıb

İnterpress.az xəbər verir ki, bu barədə “İrina Volk” məlumat yayıb.

Moskvada məktəbli tərəfindən təhlükəli insident törədilib. 7-ci sinif şagirdi metroda hərəkətdə olan qatarın vaqonlarına pnevmatik tapançadan atəş açıb. Hadisədən dərhal sonra yeniyetmə saxlanılaraq polis bölməsinə aparılıb.

Məlumata görə, həmin yeniyetmə əvvəllər də hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. Belə ki, o, daha öncə avtobusun arxa hissəsindən yapışaraq hərəkət edərkən (treynserfinq) polis tərəfindən aşkarlanmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr