AZ

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Martın 9-da keçirilmis buraxılış imtahanın nəticələri aprelin 25-dən sonra elan olunacaq.

Bizim.Media xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, həmin gün imtahanda 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu.

9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdi.

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
26
12
bizim.media

10Mənbələr