AZ

Azərbaycan və Slovakiya Ombudsmanları bir arada - İnsan hüquqlarında ortaq addımlar

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılmış şəraitlə tanış olub.


Manset.az xəbər verir ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Bakı İstintaq Təcridxanasında qonaqlara müəssisə barədə ətraflı məlumat verilib, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, kitabxanasına və digər yerlərə baxış keçirilib.

Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində də müəssisənin  korpuslarına, tibb məntəqəsinə, yeməkxanasına və digər obyektlərinə baxış keçirilib.

Yekunda iki ölkənin qanunvericiliyinin və beynəlxalq aktların müddəalarının müqayisəsinə əsaslanan müzakirələr aparılıb.

Seçilən
23
3
manset.az

4Mənbələr