BAKI,TurkicWorld
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)-ın Azərbaycan üzrə rəhbəri Anna Soave çıxışı zamanı qeyd edib ki, BMT agentlikləri ölkədə inklüziv inkişafın təmin olunması üçün birgə fəaliyyət göstərir.
TurkicWorld xəbər verir ki, onun sözlərinə görə, yeni əməkdaşlıq çərçivəsi Azərbaycanın milli prioritetləri və Dayanıqlı İnkişaf Məqsədləri ilə tam uyğunluq təşkil edir.
Bu sənəd son bir il ərzində dövlət qurumları ilə aparılan intensiv işin nəticəsi kimi formalaşıb.
Anna Soave həmçinin vurğulayıb ki, inklüziv sosial-iqtisadi artım və insan kapitalının gücləndirilməsinə yönəlmiş 1 nömrəli Nəticə Qrupu çərçivəsində UNICEF, ÜST və FAO kimi qurumlar fəal şəkildə əməkdaşlıq edir. Bu tərəfdaşlıq dövlət qurumları ilə birgə həyata keçirilən işlərin səmərəliliyini artırır.
Bildirilib ki, 2026-cı ilin sonunadək planlaşdırılan fəaliyyətlərin icrası üçün 3,6 milyon dollardan artıq maliyyə vəsaiti tələb olunur. Hazırda bir sıra layihələr hökumətin yekun təsdiq mərhələsindədir və bu, əlavə maliyyə resurslarının cəlb olunmasına şərait yaradacaq.