Alman alimlər - siyasi elmlər doktoru, professor Rüdiqer Kipke, tarix elmləri doktoru, professor Yohannes Rau, filologiya elmləri doktoru Mixael Raynhard Hess, dosent Matthias Dornfeldt və hüquq elmləri doktoru, professor Hans-Yoaxim Hayntsenin 2007-2023-cü illərdə nəşr olunmuş əsərlərində yer alan faktlar və təhlillər əsasında təqdim olunan məruzədə ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi, məkrli şəkildə sosial-iqtisadi zəmində yaratdıqları gərginliklər və bütün bunların erməni hiyləgərliyi ilə siyasi iddialara, təxribatlar və terror əməlləri ilə etnik münaqişəyə çevrilməsindən bəhs olunub.
Rizvan Nəbiyev Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası tərəfindən İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağa ermənilərin kütləvi şəkildə köçürülməsini alman tədqiqatçıların əsərlərində yer almış tarixi faktlar əsasında şərh edib: "Alman tədqiqatçı Kipke yazır ki, hətta demoqrafik balansın müsəlmanların əleyhinə dəyişməsinə və xristian dayaq məntəqəsi yaratmağa xidmət edən köçürmələrə baxmayaraq, XIX əsrin 70-ci illərində İrəvan quberniyasında əhalinin 70%-i müsəlmanlar, azərbaycanlılar idilər".
Məruzədə həmçinin professor Kipkenin tədqiqatlarında əksini tapmış azərbaycanlılara qarşı törədilən mart qırğınları, həmin hadisələrə rəhbərlik edən şəxslərdən olan Anastas Mikoyanın qanlı cinayətləri, eləcə də A. Mikoyanın 30 il sonra 1948-1953-cü illərdə soydaşlarımızın tarixi torpaqlarımızdan kütləvi deportasiyasnda oynadığı rol barədə faktlar təqdim olunub.
Millət vəkili Rizvan Nəbiyev Qərbi Azərbaycan ərazisində maddi-mədəni irsin, dini-etiqad yerlərinin, qəbiristanlıqların və digər abidələrin sistemli surətdə məhv edilməsi, toponimlərin dəyişdirilməsi barədə də geniş məlumat verib, bütün bunların beynəlxalq konvensiyalara və beynəlxalq hüquqi öhdəliklərə zidd olduğunu vurğulayıb.
Ustad dərsi maraqla dinlənilib, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əməkdaş və tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31