AZ

TDT ölkələri imtahan mərkəzləri arasında niyyət protokolu imzalanıb - FOTOLAR

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı niyyət protokolu imzalanıb.

APA xəbər verir ki, protokol Dövlət İmtahan Mərkəzi ilə yanaşı, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.

Qeyd edək ki, niyyət protokolu imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətində etibarlı olacaq.

"Cebheinfo.az"

Seçilən
22
2
cebheinfo.az

10Mənbələr