AZ

ABŞ ilə danışıqlara gedən İran heyətinə xəbərdarlıq edildi – “Gözümüz üzərinizdədir”

BAKI, 10 aprel. TELEQRAF

“Biz Silahlı Qüvvələrin baş komandanı Məcid Musəvi, SEPAH və ordu komandirlərinə yüz faiz güvənirik, amma danışıqlara etibar etmirik”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Həmidrza Hacıbabayi Tehranın ABŞ ilə danışıqlarda iştirak edəcək nümayəndə heyətinə müraciətində deyib.

“Tramp kimi “qumarbaz”ın qarşısında hansı sözləri işlədəcəyinizi bilmək üçün gözmüz gecə-gündüz üzərinizdədir. Bizim danışıqlarımız güclü raketlərimizdir. Kim küçələrdə bizim raketlərimiz və xalqımız kimi danışa bilmirsə, danışıqlara getməməlidir”, - o əlavə edib.

Seçilən
7
teleqraf.com

1Mənbələr